Fransa İraq və Suriyaya 1700-dən çox bomba və raket atıb

  • By admin
  • 31 Oktyabr 2016 22:50

Ballistik Raketi sinasgii

 

Fransa Silahlı Qüvvələri 2014-cü ilin sentyabrından başlayaraq İraq və Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə zərbə endirmək üçün 1,7 mindən çox raket və bombadan istifadə edib.
“Report” xəbər verir ki, bu barədə Fransa parlamentinin müdafiə komissiyasının qapalı dinləmələrində çıxışı zamanı ordu generalı Andre Lanata məlumat verib.
“Bu, intensivlik və operativliyinə görə Fransa Silahlı Qüvvələri tarixində misli görünməmiş zərbələrdir”, – deyə general əlavə edib.
Onun sözlərinə görə, reydlər beynəlxalq koalisiyanın əməliyyatları çərçivəsində Fransa Hərbi Hava Qüvvələrinə məxsus 12 qırıcı təyyarə vasitəsi ilə həyata keçirilib. Zərbələr üçün ilkin olaraq “Rafale” və “Mirage 2000” təyyarələri istifadə olunsa da, sonda yalnız birinciyə üstünlük verilib. General bunu “Rafale”nin göyərtəsinə çoxlu sayda bomba və raket götürmək iqtidarında olması ilə əlaqələndirib.

Gununsesi.info