Fransadan rəsmi Bakını qəzəbləndirən addım – Küçələrdən birinə “Stepanakert” adı verildi...

  • By admin
  • 29 Dekabr 2020 12:35
2016-cı ildə Azərbaycan səfirliyi  həmin şəhərin merini məhkəməyə verib…
Fransanın Valans şəhərinin küçələrindən biri bundan sonra  “Stepanakert” adlandırılacaq.
Gununsesi.org Moderator.az -a istinadla xəbər verir ki,  işğalçı Ermənistan saytlarının yaydığı məlumata görə, bu haqda erməni jurnalistlərə Valans merinin müavini Georg Rastklan danışıb.
“Bələdiyyə sədrimiz dedi ki,  Stepanakertin adını yaşatmaq üçün bir şey edək. Valansda yeni bir məhəllə tikilir. Bu rayonun mərkəzi küçələrindən birinə “Stepanakert” adını verməyi təklif etdik”.
Xatırladaq ki,  2015-12016-cı illərdə qanunsuz olaraq Fransanın Valans şəhəri ilə ermənilərin  “Stepanakert” adlandırdığı Xankəndi və Şuşa şəhərləri arasında  dostluq xartiyası  imzalanıb. Bundan sonra   Bu sahilyani şəhərdən Dağlıq Qarabağda yerləşən və o zaman işğal altında olan Şuşa ilə bütün münasibətlərini dayandırması tələb olunub.

Gununsesi.org