Fuad Ələsgərov ordudan danışdı - BAYRAĞIMIZ ŞUŞADA DALĞALANACAQ

  • Müəllif: admin
  • 11 May 2018 12:20
“Müasir Azərbaycanın əldə etdiyi uğurlardan biri də güclü ordunun yaradılmasıdır.  Hazırda ordumuz müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur”.
Gununsesi.info-nun   xəbərinə görə, bu sözləri Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimində Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov deyib.
O qeyd edib ki, hazırda Azərbaycan ordusu müasir silahlarla təchiz edilib, yüksək döyüş hazırlığına malik, ali baş baş komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli ordudur.
F.Ələsgərov xatırladıb ki, ordu öz gücünü 2016-cı ilin aprel ayındakı döyülərdə göstərib və üçrəngli bayrağı düşməndən azad edilən torpaqlarda ucaldıb: “Əminik ki, yaxın zamanlar üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda, Şuşada, Xankəndində dalğalanacaq”.