Hesablama Palatası AZAL-da pozuntular aşkarlayıb - CAHANGİR ƏSGƏROVUN BAŞI DƏRDDƏ

  • By admin
  • 11 May 2018 12:40
“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) aparılmış auditin nəticəsi olaraq dövlət əmlakından istifadə olunması sahəsində müəyyən edilmiş qanunvericiliyin pozulması halları barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat göndərilib.
Gununsesi.info  xəbər verir ki, “Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda qeyd olunub.
“Təqdim edilmiş məlumata görə, komitə tərəfindən bağlanılan icarə müqaviləsinin şərtlərinə əsasən ikinci əldən başqa istifadəçilərə icarə verilməsinə yol verilməməsi barədə xəbərdarlıq məktubu göndərilib. Həmçinin, komitə əməkdaşları tərəfindən müvafiq monitorinqlərin keçirildiyi dövlət əmlakının istifadəsi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması tələbi barədə bir daha xəbərdarlıq məktubunun göndərildiyi barədə Hesablama Palatasına məlumat verilib”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, AZAL rəhbəri Cahangir Əsgərovun Gürcüstanda 31 milyonluq əmlakının üzə çıxması onun “vurulacağı”na dair xəbərləri gündəmə gətirib.
Gununsesi.info