“Fuadın ruhu daim bizimlə olacaq…” - DEPUTAT - FOTOLAR

  • By admin
  • 12 Fevral 2017 19:06

fuad-4

Bu gun Silahlı Qüvvələrimizin kiçik çavuşu şəhid Qafarov Fuad Fərhad oğlu doğulduğu rayonunda – Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində torpağa tapşırıldı.

Gununsesi.info xəbər verir ki, bunu həmin rayondan millət vəkili olan Eldəniz Səlimov öz “Facebook” səhifəsində qeyd edib.

Millət vəkili saytımıza açıqlamasında isə qeyd edib ki, Vətən torpaqları uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz millətimizin, xalqımızn baş tacı, müqəddəs and yeridir.

fuad-5

“Bu günə kimi də yüzlərlə, minlərlə Vətən övladı torpaqlarımız, işğal olunmuş ərazilərimizin düşmən-erməni tapdağından azad edilməsi yolunda canlarından keçib, mərdliklə və qəhrəmancasına şəhid olub, Şəhidlik zirvəsinə ucalıblar.

Şəhidlik zirvəsindən də yüksək zirvə yoxdur və ola da bilməz. Fuad balamız da öz qəhrəmanlığı ilə Şəhidlik zirvəsinə ucalan igidlərimizdən, şəhidlərimizdən biri oldu. Digər şəhidlərimiz kimi, Fuadın da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, ruhu daim bizimlə olacaq.

Eyni zamanda, Vətən torpaqlarımızın, işğal altında olan ərazilərimizin, yurd yerlərimizin də azad ediləcəyi, işğaldan qurtulacağı gün uzaqda deyil. Buna da hər kəs, o cümlədən, şərəfsiz, insanlıq hissini itirmiş düşmənlərimiz və onların havadarları əmin olsun.

Allah cəmi şəhidlərimizin, o cümlədən, Fuadın da məkanını cənnətlik, ruhunu şad etsin!”-deyə, o, daha sonra qeyd edib.

fuad-2

fuad-3

fuad-1

KAMİL

Gununsesi.info