Futbolçularımız 4: 1 hesabı ilə qalib gəlib

  • By admin
  • 06 İyul 2017 10:42

affa

Estoniyanın paytaxtı Tallində təşkil olunmuş UEFA İnkişaf turnirində 18 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.  

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Estoniyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 4: 1 hesabı ilə qalib gəlib.

Vüsalə Seyfətdinovanın dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Anna Abulaşvili və Rövşanə Sərdarlı fərqlənib.

Anar

Gununsesi.info