Gələn il Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək

  • By admin
  • 28 Dekabr 2017 11:20

“2018-ci il aprelin 3-6-da Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin toplantısı keçiriləcək”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən artıq dövlət iştirak edir.

Qoşulmamaq Hərəkatının sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.

Gununsesi.info