Gəncə sakini bıçaqlanıb

  • By admin
  • 25 Fevral 2017 20:56

bicaq

 

Gəncədə bıçaqlanma olub. APA-nın verdiyi məlumata görə, şəhər sakini 1978-ci il təvəllüdlü Əliyev Raiz Tofiq oğlu sol sarğı nahiyəsinin və alın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R. Əliyev şəhərin Yeni Gəncə yaşayış massivində hələ ki, adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.info