Gədəbəydə qadın qoyunlara görə döyüldü

  • By admin
  • 25 Sentyabr 2019 19:41

Gədəbəydə döyülmə hadisəsi baş verib. 

Gununsesi.org-un verdiyi məlumata görə, Şahdağ kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Zərraf bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadın mübahisə zəminində əmisi oğlu tərəfindən döyülüb. Mübahisəyə səbəb isə əmi oğlunun qoyunlarını Əsgərova Zərrafın bağına salması olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org