“Gələcəyin müəllimi” təqaüdünü alanların sayı 600-ə çatıb

  • By admin
  • 09 İyun 2016 11:04

Tehsil

 

“2015-2016-cı tədris ilində pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində “Gələcəyin müəllimi” təqaüdü verilib”. Bu haqda Gununsesi.info-ya təhsil nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda “Gələcəyin müəllimi” təqaüdü alan tələbələrin sayı 600 nəfərə çatıb. Bu il müəllimlik ixtisasını seçən abituriyentlərin orta balı 16 bal artaraq 364, onların arasında 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki ildən 37 faiz çox olub.

 

 Gülnaz Qənbərli