Rusiyadan Hindistana yük qatarı xətti açılacaq

  • By admin
  • 09 İyun 2016 10:58

 Luggage train

 

Tezliklə Azərbaycan üzərindən Rusiyadan Hindistana qədər yeni yük qatarı xətti açılacaq.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Rusiya, daha dəqiq desək, marşrut xəttinin formalaşmasından asılı olaraq Sankt-Peterburq və ya Helsinkidən (Finlandiya) Hindistana qədər olan yük qatarının yeni xəttini açacağıq”, – deyə C.Qurbanov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qatar iyul və ya avqust aylarında qarşılanacaq və daha sonra Hindistan istiqamətində yola salınacaq.