Gələn həftə avro üçün gərgin keçəcək

  • Müəllif: admin
  • 26 Fevral 2018 15:00

Avro ardıcıl ikinci həftəni ucuzlaşma ilə tamamlayıb. İnvestorlar önümüzdəki həftə Avropanın siyasi həyatında gözlənilən hadisələr öncəsi avroda mövqelərini azaltmaq qərarına gəliblər.

Gununsesi.info “Report”-a istinadən  xəbər verir ki, martın 4-də İtaliyada parlament seçkiləri və Almaniyada sosial-demokratların A.Merkelin rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulması barədə səsvermənin nəticələri bəlli olacaq. Hər iki hadisənin maliyyə bazarlarında volatillik yaradacağı gözlənilir.

Fransanın ən iri bankı “Credit Agricole”un FX bazarları üzrə strategiya mütəxəssisi Manuel Oliveri bildirib ki, siyasi amillərlə yanaşı, hazırda dolların perspektivləri qısamüddətli gəlirliliyinin artması baxımından daha konstruktiv görünür.

Analitik qrup bildirir ki, avrozonanın siyasi arenasında hər hansı kiçik neqativ xəbər, avroda ciddi satışa səbəb olacaq. Hazırda 1,23 USD/EUR olan məzənnənin gələn həftə 1,20 USD/EUR-a qədər azalması gözlənilir.

Gununses.info