Gəncə – Göygöl yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • By admin
  • 02 Avqust 2016 17:11

qeza

 

Gəncə – Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.Gununsesi.info-nun qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində qeydə alınıb. İki “VAZ 2107” markalı avtomobilin toqquşması zamanı zərbənin təsirindən bir avtomobil yolun kənarına aşıb. Qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan biri – sürücü, 1983-cü il təvəllüdlü Tural Quliyevin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info