Gəncədə 2 nəfər bıçaqlandı

  • By admin
  • 18 Oktyabr 2022 09:25

Gəncə şəhərində 2 nəfər bıçaq xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, Gəncə şəhər sakini, 22 yaşlı F.Paşayev və 38 yaşlı E.Əliyev bıçaq xəsarətləri alıblar. Hadisə şəhər ərazisində yerləşən çayevlərinin birinin qarşısında qeydə alınıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onların hansı şəraitdə xəsarət aldıqları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info