Ukrayna ordusu daha 8 İran PUA-sını MƏHV ETDİ

  • By admin
  • 18 Oktyabr 2022 09:11

Oktyabrın 17-də axşam saatlarında Ukraynanın mərkəzində hava hücumundan müdafiə qüvvələri 8 ədəd “Şahed-136” kamikadze-dronunu məhv edib.

Bu barədə Gununsesi.info Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadla xəbər verir.

Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri Qara dənizdən atılan iki “Kalibr” qanadlı raketini vurub.

Xatırladaq ki, bu gün Rusiya ordusu Kiyevi dronlarla vurublar. Hücum nəticəsində hündür mərtəbəli bir binada partlayış meydana gəlib, 4 nəfərin öldüyü bilinir.

Gununsesi.info