Gəncədə avtomobil piyadanı vurub

  • Müəllif: admin
  • 06 Avqust 2016 20:17

adamvurma

 

Gəncədə avtomobil piyadanı vurub.

Gununsesi.info-nun qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəmkir rayon sakini, 1991-ci il təvəllüdlü Eltac Allahverdiyev yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info