
Gəncədə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Kəpəz rayonunda ümumi sahəsi 27 m2 olan bir otaqlı mənzilin mətbəxində məişət avadanlığı və 2 m2 sahədə mətbəx mebeli yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info












