“İranda iğtişaşlar başa çatıb” - BƏYANAT

  • By admin
  • 03 Yanvar 2018 22:30

İranda baş verən iğtişaşlar yanvarın 3-də nümayişçilər üçün uğursuz nəticə ilə başa çatıb.

Gununsesi.info xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri deyib.

O bildirib ki, bütün ölkə üzrə etiraz edənlərin sayı 15 min nəfərdən çox olmayıb.

Cəfəri, həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD terror qruplaşması yaraqlılarının İran ərazisinə keçirilməsinə cəhddə ittiham edib.

Gununsesi.info