Türkiyə və İran milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək - 44 İL SONRA

  • By admin
  • 03 Yanvar 2018 22:15

Türkiyə və İranın milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyaları arasında razılıq əldə olunub.

Yoldaşlıq görüşünün vaxtı və yeri haqda məlumat verilməyib.

Qeyd edək ki, Türkiyə ilə İranın futbol üzrə milli komandaları sonuncu dəfə 1974-cü ilin yanvarın 20-də qarşılaşıblar. Həmin görüşdə Türkiyə yığması 1-0 hesabı ilə qalib gəlmişdi.

Gununsesi.info