Gəncədə gizli fəaliyyət göstərən tədris mərkəzi aşkarlandı - FOTOLAR

  • By admin
  • 01 İyun 2020 12:48

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Gununsesi.org-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

Fətəli Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Gununsesi.org