Gəncədə hərbi zavod yanıb

  • Müəllif: admin
  • 27 İyun 2018 22:53

Gəncə şəhərində güclü yanğın baş verib. 

101.az bildirir ki, Gəncə Aviasiya Təmiri Zavodunda saat 15:00 radələrində baş verən yanğın hələ də davam edir. FHN işçilərinin səylərinə baxmayaraq yanğın tamamilə söndürülməyib. İlkin məlumatlara əsasən yanğına səbəb yaxınlıqda içi yanacaqla dolu olan çənlərin partlaması olub.

Faktla bağlı araşdırma gedir.

Qeyd edək ki, Gəncə Aviasiya Təmiri Zavodunun direktoru Hacı Etibar Həsənov bu yaxınlarda oğluna toy edib. O, “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qudasıdır.

Gununsesi.info