Qadın şüşə silərkən ikinci mərtəbədən yıxıldı  — Vəziyyəti ağırdır

  • Müəllif: admin
  • 28 İyun 2018 09:12

Qadın şüşə silərkən ikinci mərtəbədən yıxıldı

Şamaxı rayonunun Məlcək kəndində qadın yıxılaraq ağır xəsarət alıb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü yerli sakin Dəmirova Şamama Əli qızı yaşadığı evin pəncərəsini silərkən 2-ci mərtəbədən yerə yıxılıb.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına ilkin tibbi yardım göstərilib.

Tibb müəssisəsindən verilən məlumata görə, Ş.Dəmirovada hər iki mil sümüyünün qapalı yerdəyişmiş sınıq müəyyən edilib. Xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.