Gəncədə içərisində sürücü olan avtomobil yanıb

  • By admin
  • 07 Fevral 2017 21:27

yangin

 

Gəncə şəhərində içərisində sürücüsü olan avtomobil qəflətən alışıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün axşam saatlarında şəhərin Süleyman Rəhimov küçəsində hərəkətdə olan “OKA” markalı avtomobil qəflətən alışıb. Sürücü Gəncə şəhər sakini, 1994-cu il təvəllüdlü Quliyev Rəşad Əsmir oğlu alışan avtomobili zamanında tərk etdiyi üçün xəsarət almayıb. Hadisə yerinə gələn bir yanğınsöndürən maşın yanğını söndürsə də, avtomobil tamamilə yanıb.

Yanğın baş vermə səbəbləri araşdırılır.

 

 

Gununsesi.info