Gəncədə mikroavtobuslar toqquşub, iki nəfər xəsarət alıb – YENİLƏNİB

  • By admin
  • 12 May 2018 13:58


Gəncə şəhərində iki mikroavtobusun toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

“Report”un  məlumatına görə, yaralılardan Gəncə şəhər sakini, 1993-cu il təvəllüdlü Mustafayeva Bənövşə Cəlil qızının Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınasının Travmatologiya Şöbəsində müalicəsi davam etirilir. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Niyazi adlı yeniyetmə isə ambulator yardımdan sonra evə buraxılıb.

*** 12:44

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərarası sərnişin daşıyan iki mikroavtobus toqquşub. Nətcədə bir necə nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info