Gəncənin polis rəisi Qarabağ qazisinin rüşvət ittihamına cavab verdi - ƏKBƏR İSMAYILOV DEYİR Kİ...

  • By admin
  • 09 İyul 2020 14:15

 

Kiçik sahibkarlıqla məşğul olan Gəncə sakini, Qarabağ qazisi Elşad Quliyevin sosial şəbəkələrdə yayılan video müraciəti böyük rezonansa səbəb olub.

Gəncədə ölkə başçısı İlham Əliyevə səslənən Qarabağ qazisi şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovu və Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovu ondan rüşvət tələb etməkdə günahlandırıb.

Prezidentdən kömək istəyən Elşad QUliyev iddia edib ki, mağazasının qarşısında qarpız satışına icazə verilməsi üçün ondan 1500 manat tələb olunur: “Bəsdirin, işi olun. Mən xəbərdarlıq edirəm,  intihar edəcəm. Bu mağazadan 26 nəfər dolanır. Kimsəyə verəcək, pulum yoxdur”.

Məsələ ilə bağlı Gununsesi.org-un əməkdaşı Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovla danışıb.

Saytımıza açıqlamasında polis rəisi Qarabağ qazinin dediklərini təkzib edib: “Heç kəsdən pul tələb olunmur. Danışılanlar, böhtandır. Gəncədə polis rüşvət almır. Gəncədə sahibkarlıq subyektləri çoxdur və maraqlana bilərsiniz ki, onlardan polis rüşvət tələb etməyib. Bu şəxsin dedikləri də araşdrılacaq”.

Taryel İbrahimov

Gununsesi.org