Gənc aktrisa: “Namizəd olsa, lap sabah ərə gedərəm” - MÜSAHİBƏ

  • By admin
  • 27 Dekabr 2016 09:21

 

 cemile

“Böhran film sekorunu “vurdu”

“Mənim əziz evim” layihəsində növbəti müsahibimiz səmimiyyəti ilə olduğu qədər gözəlliyi ilə də diqqət çəkən gənc aktrisa Cəmilə Tağızadənin qonağı olduq. 

 – Cəmilə, son zamanlardakı ən populyar aktrisalardan birisən. Bəs,  serial, kino, veriliş aparıcılığını necə çatdırırsan, yorulmursan ki?

 Maşallah, hələ ki, yaxşıdır işlərim. Təki həmişə belə olsun. İş çoxdur, demək olar ki, 24 saat işləyirəm. Hələ bir veriliş ideyası da var. Vaxt çatdıra bilmirəm ki, ona da başlayım. Arada vaxt tapanda hələ fotossesiyalar da edirəm(gülür) Yəni, yorulsam da bütün boş vaxtım işə həsr edirəm.

– Bəs, bu gərgin iş rejimində ailənə necə lazımi qədər vaxt ayıra bilirsən?

– Yox çox heyf ki, ailəmə bu iş rejimi ilə heç cürə vaxt ayıra bilmirəm. Anamın üzünü bir səhər görürəm, bir də axşam. Buna görə də açığı çox təəssüflənirəm.

– Çox aktyor və aktrisalarımız seriallarda iş rejiminin ağır olduğunu deyir. Bəs sən necə belə hallarla qarşılaşmısan?

– Bunu deyənlərlə tam razıyam. İş rejimi çox ağırdır. Belə hallarla mən özümdə hər gün qarşılaşıram. Gündə ən azı 10 saat serial çəkilişi olur. Həftədə haradasa 5-6 gün buna gedir. Bəzən elə olur ki, qonaq qismində verilişlərə dəvət edirlər ona belə vaxt edib gedə bilmirəm.

– Bir neçə aktrisamız qardaş ölkə Türkiyədə fəaliyyətini davam etdirir. Sənin belə bir fikrin var?

– Düzünü desəm çox istəyərdim. Arzumdur hətta ki, xarici ölkədə çalışım. Bir dəfə dəvət də almışdım. Tanınmış seriallardan olan “Kurt Seyit və Şura” serialı üçün istəyirdilər məni foto kastinqdən müvəffəqiyyətlə keçsəm də videokastinqdən yəni ilkin baxışdan keçə bilmədim.Çünki Türkcəm mükəmməl deyil. Türk dilin də yaxşı bilmirəm. Bunu da açığı özümə kompleks edirəm.

 – Sənət aləmində çox intriqalar, konfiliktlər olur. Amma sən bunların hamısından uzaqsan, ümumiyyətlə, bəzi haqsızlıqlar qarşısında necə davranırsan?

 O intriqalardan, o paxıllıqlıqlardan danışmayın. Mən onların heç birinə baş qoşmuram. Ümumiyyətlə, bu sahədə düşmənim və ya pis münasibətdə olduğum heç kim yoxdur. Çünki heç kimlə yaxın deyiləm. Yaxın rəfiqəm yoxdur bu sahədə. Hər kəslə salam, sağol edirəm. Hamıya da bu cür münasibəti məsləhət görərdim belə daha yaxşı olur.

– Hazırda da keçən ilki böhran, sosial problemlər hələ də davam edir. Bunun sənə necə təsiri olub?

– Böhran hamıya olduğu kimi, bizdən də yan keçmədi. Hətta dəyərdim ki, ən çox elə film sektorunu vurdu. Seriallar yeni başlayanda çox gözəl qonararlar var idi. Amma indi təəssüf ki, elə deyil.

 – Çox gözəl eviniz var, ailənlə yaşayırsan ya tək?

– Ailəmlə yaşayıram. Tək yaşamağıma heç vaxt icazə verməzlər.

– Evdə sənə ən əziz olan əşya hansıdır?

– Vallah ev üzünü o qədər az-az görürəm ki, ev artıq mənə yadlaşıb. Studiyalar daha çox evim kimidir. Amma belə ən əziz əşya evdə şifonerimdir çünki orada mənim sevimli paltarlarım var.

– İnşallah nə zaman ailə qurmağı düşünürsən?

– Məndən olsa lap sabah(gülür). Amma elə bir namizəd hazırda yoxdur ki, mən ona ərə gedim. İstəyənlər çoxdur. Amma hələ mənim həyat yoldaşım olmağa layiq bir adam yoxdur. İnşallah yaxın gələcəkdə olar.

 – Bəs, Cəmilənin həyat yoldaşı necə biri olmalıdır?

– Düzünü desəm hər kəsin öz düşüncə tərzi var. Hər kəsin bir arzusu, bir istəyi var. Mənim də istədiyim, arzu etdiyim bir tip var. Hansı ki, düşünürəm o xarakterdə, o, görünüşə, o imkanda bir insan olsa idi. Çox xoşbəxt olardım.

– Əgər gələcək həyat yoldaşın desə ki, Cəmilə gəl hər şeyi ataq gedək xoşbəxt olaq ona nə deyərsən?

– Əgər o insan məni xoşbəxt etməyə layiq insandırsa, bəlkə də mümkündür. Mən görsəm ki, bu həqiqətən də ona dəyər, mən həmən ona hə deyərəm və hər şeydən imtina edərəm. Mütləq “hə” deyərəm. Ailə, övlad, həyat yoldaşı dünyanın bütün şan-şöhrətlərindən üstündür. Amma yetər ki, ona dəyəcək insan olsun.

 – Biraz da yeni layihələrindən danışaq. 2017-ci ildə sevənlərinə necə sürprizlərin olacaq?

– Ən birincisi onu deyim ki, 2017-ci ildə bizim “Cehizsiz gəlinlər” serialımızı izləyən tamaşaçılarımız üçün çox böyük bir sürpriz olacaq. Onlar çox sevinəcəklər. İndiyə kimi, həftədə bir dəfə idisə serialımız artıq həftədə 5 dəfə efirdə olacaq. Çəkildiyim yeni filmlər olacaq. “3 Badam 1 Qoz” filmi 12 yanvardan etibarən kinoteatrlarda olacaq və yeni filmə çəkilirəm. “Cekpot” adlanır bu film tanınmış aktyor və aktrisalarda bu filmdə yer alır. Onlardan biri də əməkdar artist Tünzalə Ağayevadır ki, hansı ki, o “Toppuş bacı” kimi tanınır o mənim qaynanamı oynayacaq. İnşallah onun da təqdimatı Mart ayında olacaq. Bax bu layihələrlə sevənlərimi sevindirəcəyəm. Daha sonra yeni televiziya layihəm var. Verilişim olacaq. İnşallah ki, qonşu kanallardan birində o layihə həyata keçirilməlidir. Sadəcə vaxt problemi yaşadığım üçün hələ ona başlaya bilmirik. Həftənin 7 günü bəzən 2 gün arxa-arxaya 24 saat işləyirəm mən. Düzdür bu çoxda real görünmür. Amma inanın ki, belə qızlar var(gülür) onlardan biri də mənəm. Mən düzünü desəm çəkiliş meydançasında istirahət edirəm. Çəkilməkdən zövq alıram. Sadəcə olaraq yatmağa da vaxtım qalsa lap yaxşı olar(gülür).

c1

c2

c7

c6

Dilarə Zamanova

Gununsesi.info