Gənc Liderlər Forumu seminarlar və müzakirələrlə öz işini davam etdirir

  • By admin
  • 22 Avqust 2017 12:22

DSC_7811

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı  ilə keçirilən Qlobal Gənc Liderlər Forumunda “Hal-hazırda hansı növ liderliyə ehtiyac var?” mövzusunda panel iclası keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Bolqarıstan Respublikasının sabiq Prezidenti Rosen Plevnelievin moderatorluğu ilə keçirilən panel iclasında Ukrayna parlamentinin keçmiş deputatı Ruslana  Lyusiçko, Latviyanın sabiq prezidenti Valdes Zatlers, Farida Allaghi çıxış ediblər.

Rosen Plevneliev bildirib ki,  güclü liderlər öz-özünə yaranmır. Təkbaşına güclü lider olmaz.  Güclü liderin arxasında itisadi, sosial rifah cəhətdən güclü ölkə dayanır. “Ölkəsinin iqtisadiyyatı güclü deyilsə, o ölkəyə güclü investisiya yatırılmırsa o lider güclü lider ola bilməz. Əgər bir lider nüvə silahlarından istifadə edirsə, zərər verirsə o güclü lider ola  bilməz. Əgər siz öz xalqınıza xidmət etmək istəyirsizsə ilk növbədə ölkənizin problemlərini həll etməyə çalışın. Güclü lider xalqların rifahına xidmət edir. Mənimçün güclü ölkə  ərazisiylə ölçülmür. Güclü lider isə reytinqlə ölçülmür”-deyə o çıxışında bildirib. O qeyd edib ki,  bəzən güclü liderlər populist çıxışlarına görə məşhurlaşır. “Onlar özlərini güclü lider sayır. Lakin güclü lider olmaq üçün bütün bunlar əsas deyil”.

Latviyanın sabiq prezidenti Valdes Zatlers güclü siyasətçinin necə olmalı olduğu barədə fikirlərini bölüşüb. O bildirib ki, bu günün problemlərini müzakirə müstəvisinə çıxarmaqla, həmin problemlərə həll yolları tapmaqla lider olmaq olar. “Dünya köhnə dünyadır. Bəşəriyyətə hörmətlə yanaşmaq lazımdır. Bününçün bütün ölkələrin, xalqların  mədəniyyətinə hörmətlə yanaşmaq lazımdır. Fərqlilikləri bilib hörmət etməliyik”.

Liviyaninn Avropa İttifaqındakı sabiq səfiri Farida Allaghi tədbirin təşkilatçılarına  təşəkkürünü bildirərək, ldierlik məsələsində  kişi və qadın arasında balansın vacibliyindən danışıb. O, öz  ölkəsində olan problemlərə , insanların çətin şəraitdə yaşaması məsələsinə toxunaraq  bildirib ki, o bu cür gərgin mühitdə dayanmadan çalışıb. Xanım səfir gəncləri bütün gərgin situasiyalarda dayanmadan çalışmağa çağırıb. O, eyni zamanda  sadə insanlarla ünsiyyətin, onların problemləri ilə maraqlanmağın liderliyin əsas şərtlərindən biri olduğunu deyib. F.Allaghi liderlik anlayışının tək siyasətçilərə aid olmadığını, öz xalqı üçün işlər görmüş insanlara, o cümlədən ciddi ictimai fəaliyyətlə məşğul olan qadınlara da aid olduğunu bildirib. “Tədqiqatlar aparın, həqiqətləri üzə çıxarmağ çalışın”- deyə Farida Allaghi gənclərə tövsiyə verib.

2014-cü ildə “Eurovision” musiqi yarışmasının qalibi olmuş Ukrayna parlamentinin keçmiş deputatı Ruslana Lyusiçko Ukrayna mövud vəziyyət barədə iştirakçılara məlumat verib.  O qeyd edib ki, ölkəsindəki problemlərin aradan qaldırılması üçün kifayət qədər güclü yeni liderlərə ehtiyac var. İnsanların səsinin  çatdırılmasında musiqinin rolundan danışan Ruslana Azərbaycan muğamından da bəhs edib.

Daha sonra tədbir liderlərlə gənclər arasında müzakirələrlə davam edib.

Müzakirələrdən sonra Bolqarıstanın sabiq prezidenti Rosen Plevnelievin moderatorluğu ilə gənc iştirakçıların çıxışları baş tutub. Müxtəlif ölkələri təmsil edən gənclər liderliklə bağlı fikirlərini bölüşüb, öz ölkələrində  liderliyin mövcud vəziyyətindən  danışıblar.

Daha sonra İvo Yosipoviçin “Musiqi və Siyasət” mövzusunda təqdimatla çıxış edib. O çıxışında bldirib ki, musiqi musiqi siyasətçilər üçün bir vasitədir. İnsanlar arasında ünsiyyətin ən yaxşı musiqi vasitəsilə baş tutduğunu diqqətə çatdırıb.

DSC_7708

DSC_7788

DSC_7799

Gülnaz Qənbərli

Gununsesi.info