Gənc şair Fədayə Laçına şeir həsr etdi - "SƏNİ SEVƏNLƏRİN GÖZÜ YOLDADI"  

  • By admin
  • 30 Noyabr 2017 15:12

Gənc şair Səxavət Kəlbəcərli tanınmış müğənni, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirildiyi üçün həbs olunan Fədayə Laçına şeir həsr edib. 

Gununsesi.info həmin şeiri təqdim edir:

Bülbül qəfəsdə də bülbüldü yenə

Heç nə sala bilməz həvəsdən səni.

Sənin varlığında min nəğmə dinir

Tanrı ayırmasın o səsdən səni.

İnan ki, yadıma düşürsən yaman

Ürəyim olubdu naləli kaman.

Həzin mahnıları dinləyən zaman

Sevmişəm tək bircə nəfəsdən səni.

Xəyallarım bir yorğunluq haldadı

Xatirə var, san ki, verir bal dadı.

Səni sevənlərin gözü yoldadı

Dualar çıxarar qəfəsdən səni.

Səxavət Kəlbəcərli

Gununsesi.info