Gənclər də Konstitusiyaya dəyişikliklərə “hə”deyir - LƏNKƏRANDA

  • By admin
  • 26 İyul 2016 14:01

13672158_1054243554652260_1894591987_n

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli Lənkəranda YAP-nın üzvü olan gənclərlə görüş keçirib.

Gununsesi.info-nun məlumatına görə, görüşdə ölkə prezidenti İlham Əliyevin dövlət quruculuğu modelində gənclərin yeri xüsusi vurğulanıb, bu sahədə aparılan ardıcıl işlərdən sistemli, yarımsaatlıq maraqlı muhazirə dinlənilib.

Görüşdə sosial durumu ağır olan gənclərin təhsil haqlarının dövlət hesabına ödənilməsi, onlar üçün xüsusi kvota ilə iş yerlərinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı özünüməşğulluqla  bağlı məsələlərə də toxunulub.2016-cı il qeyri neft sektorunun, orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı islahatlar ili kimi praktiki misallarla təqdim olunub, qısa müddətdə qəbul olunan qanunlar, fərman və sərəncamlar şərh edilib.

Görüşdə İ.Əliyevin  Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsini nəzərdə tutan  referendum aktı ilə bağlı imzaladığı sərəncamda gənclərə dəstək olan bir neçə müddəa xüsusi vurğulanıb. Belə ki gənclərə seçilmək hüququ verilən yaş həddinin 18-ə endirilməsi bunun bariz nümunəsidir. Müzakirələr sonradan çay masası ətrafında davam etdirilmişdir. Açıq və səmimi söhbətdə gəncləri düşündürən bir sıra məqamlara aydınlıq gətirilib, dünyada mövcud olan cəmiyyət-vətəndaş, cəmiyyət-hökumət problemləri misallarla şərh edilmişdir bir daha ümumiləşdirilib.

Gununsesi.info