Gecə klubunda silahlı insident - 2 NƏFƏR ÖLDÜRÜLDÜ

  • By admin
  • 11 Noyabr 2017 18:00

İstanbulda gecə klublarının birində baş vermiş atışma nəticəsində 2 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, atışma iki qruplaşma arasında qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Hazırda atışmada iştirak edən şəxslərin axtarışları aparılır.

Gununsesi.info