Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb

  • By admin
  • 27 İyul 2020 17:23

“Bəhram Bağırzadənin vəziyyəti stabildir. Xəstə aktivdir, şikayəti yoxdur. Bu gün Mərkəzi Gömrük Hospitalının həkimlərinin konsiliumunun qərarı ilə Bəhram Bağırzadə bundan sonra həkim-infeksionistin ambulator nəzarəti altında olmaq şərtilə evə buraxılıb”.

Bu barədə Gununsesi.info-ya Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

Mərkəzi Gömrük Hospitalının kollektivi əməkdar artistə tezliklə tam sağalmağı arzulayıb.

 

 

 

Gununsesi.info