Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli özünün sosial şəbəkə hesabında maraq doğuracaq fakt haqqında yazıb.
Gömrük Komitəsini süni qiymət artımında günahlandıran iqtisadçı yazır :
Rusiyadan bir dostumun xahişi ilə onun şirkətinə İran Astarasından 2 vaqon meyvə göndərmək qərarına gəldik və qiymətləri biləndə şok oldum… 330 dollar/ton portağala və 350 dollar/ton almaya ödədik, 400 dollar terminal və bəyannamə xərcləri 3500 dollar bir vaqonun daşınma xərci. Orta hesabla mal Rusiyanın paytaxtında 447.5 dollar/ton, yəni 0.45 dollar 1 kq… İstədim Azərbaycanla maraqlanım, deklarantdan soruşdum, dedi, “neçəyə almağınızdan asılı olmayaraq 700 dollar/ton bəyannamə qiyməti olacaq”, ən azı 2 dəfə “süni qiymət artımı”… Biz portağalı Bakıya gətirib, 36% gömrüyünü də ödəyib, 30% əlavə gəlir qoyub parakəndə satışa verdiyimiz an onun 1 kq 0.70 dollardan (1 manat 20 qəpik olardı) və dükanlar da 30% qazanc qoyub satsalar 1 manat 56 qəpik olardı…
İndi bir sual yaranır: Siz sonuncu dəfə alma və portağalı neçəyə aldığınızı şərh yerinə yazın.. Qiyməti artıran sahibkardır, ya gömrük (monopoliya)?













