Gömrük Komitəsinin 4 əməkdaşı həbs olundu

  • By admin
  • 26 Yanvar 2017 15:30

hebs

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət verməkdə və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Gununsesi.info-nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə təqsirləndirilənlərdən Türkmənistan vətəndaşı olan Aman Muhamməd Baylyyevə 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Gömrük Komitəsinin əməkdaşlarından Neman Abbasov 9 il, digərləri – Adil Kazımov və Muxtar Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs bu günə kimi zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

DGK-nın digər əməkdaşı Aytəkin Tağıyeva və qızıl alveri ilə məşğul olan Ziyafət Qurbanova 6 il şərti cəza verilib.

Gununsesi.info