Gömrük nəzarətindən gizlədilən siqaretlər müsadirə edilib - FOTOLAR

  • By admin
  • 25 Noyabr 2016 12:54

siqa-1

26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 26000 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

siqa-2
Anar
Gununsesi.info