Gömrükçülər aereportda ov bıçağı MÜSADİRƏ ETDİ

  • By admin
  • 23 Fevral 2018 10:48
Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhəddindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.
Gununsesi.info DGK-ya istinadən xəbər verir ki, Gəncə-Moskva aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb.
Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıcağı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info