Gömrükçülər İrandan Azərbaycana gələn şəxsdən narkotik vasitə aşkar edib

  • Müəllif: admin
  • 27 Yanvar 2018 12:55

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən xəbərə görə, yoxlama zamanı, həkim müayinəsinə zərurət yarandığı üçün vətəndaşın daxili orqanları müayinədən keçirilib.

Nəticədə, həmin şəxsin düz bağırsağında 1 bükümdə, xalis çəkisi 4,424 qram olan narkotik vasitə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info