Gömrükdə daha bir siqaret əməliyyatı

  • Müəllif: admin
  • 05 May 2017 13:42
siqaretttttt
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21063” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində “Comet” yazısı olan 1720 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info