Google 4 milyardlıq cərimə qərarından apellyasiya şikayəti verdi

  • By admin
  • 02 Dekabr 2022 11:23

Google, Android əməliyyat sistemində rəqabət qaydalarını pozduğuna görə Avropa İttifaqı (Aİ) Komissiyasının rekord qıran 4 milyard avroluq cəriməsini qüvvədə saxlayan məhkəmə qərarından apellyasiya şikayəti verib.

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən yazır.

Xəbərdə bildirilir ki, Google Avropa İttifaqı Komissiyasının bu qərarını ədalətsiz hesab edir. Qeyd edək ki, Google, Android əməliyyat sisteminin rəqabət qaydalarını pozduğuna qərar verən Aİ Baş Məhkəməsinin qərarından şikayət etdiklərini və Aİ Komissiyasının şirkətə tətbiq etdiyi cəriməni cüzi azalma ilə qüvvədə saxladıqlarını, Avropa Ədalət Məhkəməsinə şikayət etdiklərini bildirdib.

Bəyanatda Avropa Ədalət Məhkəməsinin iş materiallarında hüquqi aydınlaşdırma tələb edən sahələrin olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, 2016-cı ildə Aİ Google-u Android əməliyyat sistemi ilə bazarda hökmranlıq etməkdə və rəqabət qaydalarını pozmaqda ittiham etmişdi. İttiham Google-un öz axtarışını və Android cihazlarında quraşdırılmış müxtəlif digər proqramları təklif etməsindən qaynaqlanır.

Aİ araşdırması göstərdi ki, Google-un müxtəlif cihaz istehsalçıları ilə müqavilələri Google axtarışını, Play Store və Chrome brauzerini əvvəlcədən yükləməyə məcbur edir. Bu isə Google üçün böyük gəlirlər deməkdir.

 

Tərcümə:

Afət Abbasova

Gununsesi.info