Goranboyda yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Goranboy rayonu,Əlirzalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı yaşayış evinin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info