Goranboyda 4 otaqlı ev yanıb

  • By admin
  • 25 Aprel 2017 07:19

ev_yandi

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Tatarlı kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 195 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin tavanının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info