Goranboyda dəm qazından zəhərlənmə olub. Gununsesi.info-nun verdiyi məlumata görə, rayonun Qara Süleymanlı kənd sakini 1964-cü il təvəllüdlü Namazov Afiq Eldar oğlu, Ağcakənd qəsəbə sakini 1998-ci il təvəllüdlü Abdulkərimova Narın İmaməddin qızı və Qazanbulaq kənd sakini, 1956-cı il təvəllüdlü Həmzəyeva Tahirə Allahverdi qızı dəm qazı zəhərlənməsi əlamətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanaya müraciət ediblər. Onlara dərhal tibbi yardım göstərilib.
Vəziyyətlərinin normal olduğu bildirilir.
Gununsesi.info