Goranboy rayonunda vətəndaşa məxsus “LİFAN” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.
Nəticədə, sürücü 1987-ci il təvəllüdlü Abdullayev Ziya Şahnəzər oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir.
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla meyit avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Əməliyyat saat 00:45-də başa çatmışdır.