Goranda iki mağaza yandı

  • By admin
  • 13 İyul 2017 22:32

FHN
Bakı-Qazax magistralında olan mağazalarda yanğın olub. APA-nın verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb. Bir mağazada başlayan yanğın okyektin anbarını və yanar konstruksiyalarını yararsız hala salıb.

Alov ona bitişik olan digər mağazaya da keçib. Hadisə yerinə Goranboy, Nafatalan və Kəlbəcər rayon Yanğından Mühafizə Hissələrinin avtomoiblləri və canlı qüvvəsi cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info