Göyçay körpüsü istifadəyə verildi

  • By admin
  • 22 İyun 2018 16:17

Göyçay körpüsü istifadəyə verildi

Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpü bərpa edilərək yenidən istifadəyə verilib.

Gununsesi.info-nun Reporta istinadən verdiyi xəbərə görə, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDAA) təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Xatırladaq ki, bu ilin iyunun 2-də rayonda leysan yağışından sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin dəfələrlə artmasına səbəb olub. Həmçinin Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ciddi ziyan vurub və çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq tamamilə yararsız hala düşüb.