Göyçayda kütləvi dava

  • By admin
  • 14 Fevral 2023 12:19

Göyçay rayonunda kütləvi dava olub, 5 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Onun sözlərinə görə, fevralın 13-də günorta saatlarında Göyçay şəhərində 5 nəfər – Emil Məlikov, Roman Kərimov, Cavid Məlikov, eləcə də qardaşlar – Zahir və Zamiq Həsənovlar arasında şəxsi münasibətlər zəminində başlanan mübahisə daha sonra dava-dalaşla nəticələnib. Dava-dalaş zamanı onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalara başlanılıb və həmin şəxslərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Gununsesi.info