Göyçayda yol qəzasında ölən polisin anası intihara cəhd edib

  • By admin
  • 17 Sentyabr 2016 19:23

img2194603

 

Göyçay rayon Polis Şöbəsinə məxsus xidməti avtomobili aşıraraq dünyasını dəyişən polis əməkdaşının anası intihara cəhd edib.

Gununsesi.info-nun yerli bürosunun xəbərinə görə bu gün səhər saat 8:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində Göyçay rayon Polis Şöbəsinin əməliyyat-axtarış üzrə müvəkkili, polis leytenantı, İsmayıllı rayon sakini 1989-cu il təvəllüdlü Mustafayev Asiman Müqabil oğlu idarə etdiyi “Fiat-Doblo” markalı xidməti avtomobili aşırıb.

Hadisə barədə xəbəri eşidən anası, İsmayıllı şəhərinin Q. Əsədov küçəsindəki 11 saylı evdə yaşayan, 1967-ci il təvəllüdlü Mustafayeva Qəribə Alməmməd qızı Göyçay Mərkəzi Rayon Xəstəxanasına (MRX) gedərkən yolda oğlunun ölüm xəbərini alıb və sürətlə hərəkətdə olan avtomobilin qapısını açaraq özünü atıb.

  1. Q. Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay MRX-na yerləşdirilib. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün olub.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info