Göygöldə yol qəzası baş verib - YARALILAR VAR

  • By admin
  • 19 Noyabr 2017 16:35

Bu gün Göygöl rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

“VAZ21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Xıdırova Vəfa, 1995-ci il təvəllüdlü Əmirov İsmayıl  və hələlik adı məlum olmayan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info