Göygöldə 8 otaqlı ev yandı

  • Müəllif: admin
  • 04 Sentyabr 2016 21:51

e

 

Göygöldə yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fovqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Yeni Zod kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info