Göygöldə ağır yol qəzasında 2 nəfər xəsarət aldı

  • By admin
  • 03 Oktyabr 2016 23:08

9e38b6b016c37d9c2aa3982504fc3a2d

Göygöldə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun, Göygöl rayonu Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ2107” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, 1979-cu il təvəllüdlü Vüsalə Əliyeva və 1996-cı il təvəllüdlü Xaliq Həsənov müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Gununsesi.info