Gözəl Bayramlının məhkəməsi təxirə salındı - FOTO

  • By admin
  • 26 Dekabr 2017 15:32

Bu gün Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, şahidlərin məhkəmə iclasına gəlməməsi səbəbindən, məhkəmə prosesi ayın 4- nə təxirə salınıb.

Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib.

G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.
Gözəl Bayramlının məhkəmə prosesində iştirak etmək üçün Milli Şuranın üzvləri məhkəmə önündə olublar.
Gununsesi.info